Hərbi qulluqçular üçün tikilmiş yeni yaşayış binaları istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçular üçün tikilmiş yeni yaşayış binaları istifadəyə verilib – FOTO

17:25 - 29 / 12 / 2015
Hərbi qulluqçular üçün tikilmiş yeni yaşayış binaları istifadəyə verilib – FOTO

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən

Bu gün növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub.

1news.az-ın məlumatına görə, yeni tikilən beşmərtəbəli, hər biri 3 otaqlı, ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub.

Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri qarşısında çıxış edən müdafiə naziri Zakir Həsənov ölkə başçısı və nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.

Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra müdafiə naziri Z.Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.

Həmin gün müdafiə naziri hərbi hissə yaxınlğında tikintisi davam etdirilən təlim mərkəzi və atış poliqonunda da olub, inşaat işlərinin gedişatını yoxlayıb, lazımi göstəriş və tövsiyələrini verib.

1news.az

Paylaş:
963

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər