Cavid Hüseynovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cavid Hüseynovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb

17:30 - 29 / 12 / 2015
Cavid Hüseynovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Jurnalist Rasim Əliyevin öldürülməsinə görə həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işinin istintaqı yekunlaşıb.

Bakı şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, Bakı şəhər sakini Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi 22 dekabr 2015-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq 29 dekabr 2015-ci il tarixdə tamamlanıb.

Cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər