Şurada üç ölkə QHT-lərinin nümayəndələri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şurada üç ölkə QHT-lərinin nümayəndələri ilə görüş keçirilib

16:23 - 30 / 12 / 2015
Şurada üç ölkə QHT-lərinin nümayəndələri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında “İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum”un nümayəndələri ilə görüş keçirilib.

1news.az -ın məlumatına görə, forumda Türkiyənin 30, Azərbaycanın 20 və Gürcüstanın 3 QHT-sinin birləşdiyini deyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hər üç ölkənin terrora məruz qaldığını və bu baxımdan fəaliyyətlərinin başlıca istiqamətinin ortaq problemlərin həlli olduğunu qeyd edib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun yaranma məqsədləri və fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib. F.Qurbanov şuranın ötən 7 il ərzində insan hüquqları, təhsil, mədəniyyət, sosial məsələlər və digər çoxsaylı mövzularda 3 minədək layihəni maliyyələşdirdiyini bildirib. İcraçı direktor şuranın fəaliyyətində ölkənin ən başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının prioritet təşkil etdiyini vurğulayıb:

“Ermənistanın işğalçılıq siyasətinin və terrorçuluq fəaliyyətinin yalnız Azərbaycana qarşı olmadığını, bütün dünyaya üçün ciddi təhlükə mənbəyinə çevrildiyini bu gün hər kəsin anlamağı lazımdır. Bu işdə dünyada baş verən proseslərə təsir imkanı artmaqda olan QHT-lərin də üzərinə mühüm yük düşür. Azərbaycan dövləti bu sahədə QHT-lərə zəruri dəstəyini heç zaman əsirgəməyib. 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılan şura milli donor institutu kimi ölkə QHT-lərini xarici maliyyə asılılığından azad edərək onların milli mövzularda yüzlərlə layihəsini maliyyələşdirib”.

Görüşdə çıxış edən Türkiyə və Gürcüstan QHT-lərinin nümayəndələri Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün birgə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

 1news.az

Paylaş:
660

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər