Sumqayıtda yeni satış yarmarkası təşkil edilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıtda yeni satış yarmarkası təşkil edilib.
1news.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, 29 dekabr tarixindən fəaliyyət göstərəcək yarmarkanın yaradılmasında məqsəd Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.
Nazirlikdən bildiriblər ki, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.
Qeyd edək ki, hazırda Sumqayıt avtovağzalının ərazisində də kənd təsərrüfatı məhsullarının yarmarkası fəaliyyət göstərir.
1news.az
699