Yusif Eyvazovla ailə quran Anna Netrebko başına 2 milyon avroluq tac qoydu- FOTO-VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Yusif Eyvazovla ailə quran Anna Netrebko başına 2 milyon avroluq tac qoydu- FOTO-VİDEO

11:13 - 30 / 12 / 2015
Yusif Eyvazovla ailə quran Anna Netrebko başına 2 milyon avroluq tac qoydu- FOTO-VİDEO

29 dekabrda opera müğənnisi Yusif Eyvazov həmkarı Anna Netrebko ilə evləndi.

Cütlüyün nigah mərasimi Avstriyanın paytaxtında keçirilib.

Netrebkonun Yusifin evlilik təklifini qəbul etdiyi bu ilin ortasından məlum idi. Bu müddət ərzində onlar öz münasibətlərini və ciddi planlarını gizləməyə cəhd etmirdilər.

Nigah mərasiminə Filip Kirkorov, İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo digət tanınmış musiqiçi, bəstəkar və  müğənnilər dəvət olunmuşdu. Nigah şahidi olan F.Kirkorov mərasimdə gəlinin ən bahalı bəzəyini – tacını nümayiş etdirib.

O, yoxalamaq üçün tacı başına qoyub, çəkdiyi fotonu İnstagram-da paylaşaraq , fotonun altında bu tacı  Chopard hazırlayıb yazısını yerləşdirib. Nadir tacın qiyməti ekspertlərin rəyinə görə 2 milyon dollara yaxındır.

Tac Netrebkoya müvəqqəti istifadə üçün verilib.

Lifenews

Paylaş:
1654

Son xəbərlər

Bütün xəbərlər