“Sınıq-Körpü” gömrük sərhəd buraxılış məntəqəsinin fəaliyyəti gücləndiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sınıq-Körpü” gömrük sərhəd buraxılış məntəqəsinin fəaliyyəti gücləndiriləcək

11:24 - 30 / 12 / 2015
“Sınıq-Körpü” gömrük sərhəd buraxılış məntəqəsinin fəaliyyəti gücləndiriləcək

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev və Dövlət Gömrük Komitə­sinin sədri Aydın Əliyev “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntə­qəsin­də olublar.

1news.az-ın məlumatına görə, E.Quliyev  və A.Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyətini yoxlayıb, dövlət sərhədindən keçən şəxslərlə söhbət edib və sərhəddən keçərkən üzləşdikləri problemlərlə maraqlanıblar.

Sonra Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitə­sinin əməkdaş­la­rının iştirakı ilə birgə xidməti müşa­virə keçirilib və vəzifəli şəxslərin  məruzələri dinlənilib.

Xidməti müşa­virə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunub, şəxslərin və nəqliyyat  vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların təkmilləş­dirilməsi, dövlət sərhədindən buraxılış məntə­qəsin­də sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər