Bakıda qanunsuz valyuta dəyişən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qanunsuz valyuta dəyişən şəxslər saxlanılıb

12:12 - 30 / 12 / 2015
Bakıda qanunsuz valyuta dəyişən şəxslər saxlanılıb

Bakıda qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, dekabrın 29-da idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Saxlanılan şəxslər –Həmidov İlqar Qunsur oğlu (1975-ci il təvəllüdlü), Abdullayev İstəməli Telman oğlu (1994-cü il təvəllüdlü), Cəfərov Əfqan Cəlal oğlu (1967-ci il təvəllüdlü), Şahbazov Habil Həbulla oğlu (1967-ci il təvəllüdlü) və Nağıyev Hüseyn Eldar oğludur (1985-ci il təvəllüdlü).

Bakı Şəhər Baş Polis İdarəsi rəsmi olaraq elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Xatırladaq ki, bir neçə gün bundan öncə daxili işlər naziri, general-polkovnik qanunsuz valyuta dəyişənlərlə bağlı göstəriş imzalamışdı.

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər