Dekabrın 31-i bulvardakı obyektlər bütün gün ərzində işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dekabrın 31-i bulvardakı obyektlər bütün gün ərzində işləyəcək

12:45 - 30 / 12 / 2015
Dekabrın 31-i bulvardakı obyektlər bütün gün ərzində işləyəcək

“Artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər estakadaların üzərində quraşdırılıb ".

1news.az Trendə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Hər il bulvar ərazisində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən konsertin keçirildiyini deyən Idarənin rəis müavini əlavə edib ki, dekabrın 31-də konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.

N.Məcidov qeyd edib ki, Yeni il bayramı günlərində bulvar ərazisindəki obyektlər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bütün gün ərzində xidmət göstərəcəklər: “Dekabrın 31-də obyektlər müştəriləri məmnun etmək üçün gün ərzində işləyəcəklər. Sonrakı bayram günlərində isə tələbatdan asılı olaraq, iş vaxtlarını uzadacaqlar”.

N.Məcidov qeyd edib ki, attraksionların qiymətlərində dəyişiklik baş verməsə də, iqtisadi böhranla əlaqədar obyektlərdə göstərilən xidmət haqlarının qiymətlərində bahalaşma müşahidə edilə bilər: “Bazarda müəyyən məhsulların qiymətləri qalxıb. Onda təbii ki, bulvarda da qiymətlər qalxacaq. Qiymətlər bazar iqtisadiyyatının qanunları ilə tənzimlənir. Amma süni qiymət artımına qarşı mübarizə həmişə olduğu kimi, bu il də aparılacaq”.

Paylaş:
641

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər