Azərbaycan paytaxtı 2016-cı ili möhtəşəm atəşfəşanlıqla qarşıladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan paytaxtı 2016-cı ili möhtəşəm atəşfəşanlıqla qarşıladı - FOTO

12:12 - 01 / 01 / 2016
Azərbaycan paytaxtı 2016-cı ili möhtəşəm atəşfəşanlıqla qarşıladı - FOTO

2015-ci il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin dinamik inkişafı ili kimi qalacaq.

Azərbaycan yola saldığımız ildə də beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi artım tempinə görə lider mövqeyini qoruyub saxlayıb. “Kənd təsərrüfatı” ili olan 2015-ci ildə aqrar sektorda təxminən 7 faiz artım qeyd alınıb.

Azərbaycanın iqtisadi sahədə apardığı siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir.

2015-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin ordumuzun güclənməsi istiqamətində də ciddi işlər görülüb.

Ötən ildə Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunlarına, eləcə də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, III Qlobal Bakı Forumuna və digər mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin ölkədə şəffaf, demokratik parlament seçkilərinin keçirilməsi, əsas səhmdarı və investoru Azərbaycan olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin təməlinin qoyulması yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdəndir.

Avropa Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələrə imza atdılar. Onlar 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutdular. Bu il isə Bakı 2016-cı ildə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına, Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yeni ildə paytaxtımızda daha bir mötəbər tədbir – BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tarixə uğurlu il kimi yazılan 2015-ci il möhtəşəm atəşfəşanlıqla yola salınıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Bulvar ərazisində müxtəlif yerlərdə hündür şam ağaclarının bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraq və heyranlıqla seyr edirdilər.

Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2016-cı il.

Paylaş:
1008

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 4Bu gün, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər