Beyləqanda ev yandı: xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda ev yandı: xəsarət alan var

13:14 - 05 / 01 / 2016
Beyləqanda ev yandı: xəsarət alan var

Beyləqan rayonundakı evlərdən birində yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, rayon mərkəzindən 22 km aralıda yerləşən Birinci Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı bir nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər