Azərbaycanda tanınmış əkiz müğənnilərin atası rəhmətə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda tanınmış əkiz müğənnilərin atası rəhmətə gedib

1news Redaksiyası14:16 - 05 / 01 / 2016
Azərbaycanda tanınmış əkiz müğənnilərin atası rəhmətə gedib

Mügənni Sevinc və Sevil bacılarının ailəsində ağır itki üz verib.

1news.az-ın məlumatına görə, əkiz bacıların atası dünyasını dəyişib.

Bu barədə prodüser Tarix Əliyev (Tolik) İnstaqram səhifəsindən bildirib:

“Pis xəbərdir, amma bunu çatdırmalıyam. Sevin və Sevilin atası qəflətən dünyasını dəyişdi. Allah rəhmət eləsin”- deyə, T.Əliyev qeyd edib.

Qeyd edək ki, Sevinc və Sevil Səfərova bacıları daha çox “Yeni” ulduz” və “O səs Türkiyə” layihələrindən tanınıblar. Hazırda isə “Xəzər” telekanalında “Hər şey daxil” səhər verilişini aparırlar.

1news.az

 

Paylaş:
2586

Son xəbərlər

Bütün xəbərlər