Bakıda tanınmış zərgərlik mağazasının qadın sahibini amansızlıqla qətlə yetirdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tanınmış zərgərlik mağazasının qadın sahibini amansızlıqla qətlə yetirdilər

16:28 - 05 / 01 / 2016
Bakıda tanınmış zərgərlik mağazasının qadın sahibini amansızlıqla qətlə yetirdilər

Nəsimi rayonunun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb.

1news.az-ın məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı 43 bıçaq zərbəsi ilə qətlə yetirilən mərhumun 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

1news.az

Paylaş:
1128

Son xəbərlər

Bütün xəbərlər