Gəncə sakinlərindən 35 kiloqramdan artıq narkotik maddə və silah götürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə sakinlərindən 35 kiloqramdan artıq narkotik maddə və silah götürüldü

17:40 - 05 / 01 / 2016
Gəncə sakinlərindən 35 kiloqramdan artıq narkotik maddə və silah götürüldü

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini yeni ilin ilk günlərindən uğurla davam etdirirlər. 

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə və odlu silah müsadirə edilib. 

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 1-də keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Xəqani Zeynalov saxlanılıb.

X.Zeynalovun üzərinə baxış zamanı 28,2 qram, yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 50 qram tiryək və 29 kiloqram marixuana, həmçinin nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq elə həmin gün şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xalid Cəlalov da saxlanılıb. Onun üzərindən 102 qram tiryək, yaşadığı mənzilə baxış zamanı isə 5 kiloqram 200 qram marixuana aşkar edilib. 

Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 

Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
681

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər