AZAL məktəblilər üçün ekskursiya təşkil edib- FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL məktəblilər üçün ekskursiya təşkil edib- FOTO-VİDEO

12:32 - 05 / 01 / 2016
AZAL məktəblilər üçün ekskursiya təşkil edib- FOTO-VİDEO

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı şəhəri 160 saylı klassik gimnaziyanın 4-ci sinif şagirdləri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.

“Azərbaycan Hava Yolları” QSC-dən 1news.az-a bildirilib ki, ilk öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraiti olan "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar.

Bundan sonra məktəblilər aerovağzal ərazisini gəziblər. Burada aviasiya təhlükəsizliyi kinoloji xidmətinin işçiləri uşaqlara itlərin saxlanılması və təlimi və "insanın etibarlı dostlarının" sərnişinlərin təhlükəsizliyinin təmin olunması və qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat veriblər.

Ekskursiyanın növbəti məkanı aeroportun yanğınsöndürmə xidməti olub. Yanğınsöndürmə xidmətinin nümayəndələri uşaqlara yanğınsöndürmə maşınının quruluşu barədə danışıb, yanğınsöndürənlərin döyüş geyimi, yanğın xilasedici qurğuları nümayiş etdirib, su və köpüyün necə vurulduğunu göstəriblər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğınsöndürənlərin yanğın baş verdiyi halda hansı telefon nömrəsini yığmalı və təhlükəli vəziyyətdə nə etməli kimi suallara cavab verərkən yüksək bilik nümayiş etdiriblər.

Ekskursiya dünyanın ən müasir sərnişin təyyarələrindən biri - Boeing 787 Dreamliner təyyarəsi ilə tanışlıqla başa çatıb. Uşaqları "Azərbaycan Hava Yolları”nın pilot və təyyarə bələdçiləri qarşılayıb, onları təyyarənin quruluşu, birinci sinif, biznes və ekonom sinif salonları ilə tanış ediblər. Həmçinin məktəblilər pilot kabinəsində olmaq şansı qazanıblar.

1news.az

Paylaş:
1076

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər