Astarada hadisə yerindən qaçan sürücü tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada hadisə yerindən qaçan sürücü tutulub

12:47 - 05 / 01 / 2016
Astarada hadisə yerindən qaçan sürücü tutulub

Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb. 

Baş Prokurorluğunmətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Lənkəran rayonu, Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi “Daimler Chrysler 308D” markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobusla Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub hadisə yerindən qaçıb. 

Astara rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat  tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ.Cəfərov yanvarın 3-də tutulub. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
976

Son xəbərlər

Bütün xəbərlər