Azərbaycanda 3 nəfər dəm qazının qurbanı oldu
Azərbaycanda bir gündə 3 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Hər üç faktla bağlı araşdırma aparılır.
1news.az
576