Bakıda 47 yaşlı qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin binasından düşərək ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 47 yaşlı qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin binasından düşərək ölüb

12:30 - 06 / 01 / 2016
Bakıda 47 yaşlı qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin binasından düşərək ölüb

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər