Yevlaxda üç avtomobil toqquşdu, ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda üç avtomobil toqquşdu, ölən və yaralanan var

01:13 - 30 / 01 / 2016
Yevlaxda üç avtomobil toqquşdu, ölən və yaralanan var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində 2 “VAZ” və “Dodge” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

1news.az  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunmuşlar.

Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil vermişlər

Əməliyyat saat 19:45-də başa çatmışdı.

1news.az

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər