Suriya müxalifəti Cenevrə danışıqlarında iştirak etməyi qərara alıb
BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura ilə Suriya hökumət nümayəndələrinin Cenevrədə görüşü başa çatıb.
1news.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Dəməşqi görüşdə təmsil edən Bəşər Cəfəri danışıqları şərh etməyib.
Staffan de Mistura isə bildirib ki, Suriya müxalifət nümayəndələri yanvarın 31-də danışıqlara qoşula bilərlər.
Reuters agentliyinin məlumatına əsasən, Suriya müxalifəti Cenevrə danışıqlarında iştirak etməyə razılıq verib. “Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsi BMT və ABŞ tərəfindən müəyyən zəmanətlər aldıqdan sonra Cenevrə danışıqlarında iştirak etməyi qərara alıblar”, məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 29-da Cenevrədə Suriyada münaqişənin nizamlanması üzrə çoxtərəfli danışıqlar başlayıb.
1news.az