Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfərə yola düşüb

12:49 - 17 / 05 / 2016
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfərə yola düşüb

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov mayın 17-də Belçikaya səfərə yola düşüb.

1news.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, N.Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında Baş Qərargah rəisləri səviyyəsində mayın 18-də keçiriləcək görüşlərdə iştirak edəcək.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər