Xələf Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri ilə görüşüb

17:24 - 20 / 05 / 2016
Xələf  Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri ilə görüşüb

Xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotiqa ilə görüşüb.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Parlamenti və digər Avropa təsisatları arasında əməkdaşlığın hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətdə aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, demokratiya və insan haqlarının təminatının inkişafına töhfə verən layihələrin icrası, eləcə də prezident İlham Əliyev tərəfindən imzalanan əfv fərmanları haqqında geniş məlumat verən X.Xələfov, Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı. Ölkəmizin qarşıya qoyduğu prioritetləri, iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, hərbi və müdafiə qabiliyyəti haqqında danışan nazir müavini regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rolu təfsilatı ilə izah etdi.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlara toxunan X.Xələfov, status-kvonun saxlanmasının qəbuledilməz olmasını Ermənistandan başqa bütün beynəlxalq ictimaiyyətin etiraf etdiyini qeyd etdi və bu xüsusda Avropa İttifaqının bəyanatlarını xatırlatdı.

Anna Fotiqa sədri olduğu alt komitədə bu yaxınlarda Azərbaycana dair təqdimatın keçirildiyini, Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində atılan addımların təqdir edildiyini və ölkəmizin terrorizmə qarşı mübarizədə səylərinin yüksək qiymətləndirildiyini bildirdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğuladı. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətin vəziyyətini başa düşdüklərini, onların öz doğma yurdlarına geri dönmə arzularının haqlı olduğunu bildirdi və bu məsələnin onun tərəfindən hər zaman parlament və digər səviyyələrdə qaldırılacağını qeyd etdi.

X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsi və artırılmasının vacibliyini önə çəkdi və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam təmin edəcək həllinə alternativin olmadığını qonağın diqqətinə çatdırdı.

1news.az

 

Paylaş:
534

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər