​Bu gün Türkiyədə birinci Dünya Humanitar Sammitinin açılışı olacaq | 1news.az | Xəbərlər
Dünya

​Bu gün Türkiyədə birinci Dünya Humanitar Sammitinin açılışı olacaq

09:43 - 23 / 05 / 2016
​Bu gün Türkiyədə birinci Dünya Humanitar Sammitinin açılışı olacaq

23 aprel tarixində Türkiyənin İstanbul şəhərində birinci Dünya Humanitar sammiti öz işinə başlayacaq.

1news.az-ın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi forum iki gün davam edəcək.

BMT-ın baş katibi Pan Gi Munun təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə keçirilən sammitdə dünyanın 177 ölkəsindən nümayəndələr, o cümlədən 65 dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi çıxış edəcəklər.

Sammitdə Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın,Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları iştirak edirlər.

Ümumilikdə 5200 nəfər nümayəndənin iştirak etdiyi sammitdə “Təhsil gözləmir” Fondunun yaradılması rəsmən elan olunacaq.

BMT-nin Xəbərlər Mərkəzinin yaydığı məlumata görə, beynəlxalq tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.

Beynəlxalq tədbir böhranlara və onların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.

1news.az

Paylaş:
753

Son xəbərlər

Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10Sentyabrda hava iqlim normasından 2 dərəcə yüksək olub04 / 10 / 2024, 16:47Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib04 / 10 / 2024, 16:42Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək04 / 10 / 2024, 16:26ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib04 / 10 / 2024, 15:51ASCO “Art Plast” layihəsini təqdim edib - FOTO04 / 10 / 2024, 15:43Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb04 / 10 / 2024, 15:34
Bütün xəbərlər