İçərisində 10 min dollar və 40 min avro pul olan seyfi oğurlamış şəxslər tutuldu
Bakıdakı mənzillərin birindən içərisində xeyli miqdarda pul olan seyfi oğurlamış şəxslər polislər tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Xəzər polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Bakı şəhər sakini Mübariz Mədətova məxsus evdən içərisində 10000 ABŞ dolları və 40000 avro pul olan seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.
1news.az
523