Hesablama Palatasının əməkdaşları Tehranda təlimdə iştirak ediblər - FOTO
Hesablama Palatasının əməkdaşları Tehranda ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatı) tərəfindən 7 ölkədən 21 iştirakçı və 2 ölkədən 6 təlimçinin iştirakı ilə "Ətraf mühitin auditi" mövzusunda keçirilən təlimdə iştirak ediblər.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hesablama Palatasından bildiriblər ki, təlimdə ətraf mühitlə bağlı bir sıra mövzular üzrə çıxışlar və təqdimatlar edilib, müzakirələr aparılıb. İştirakçılar öz ölkələrinin ali audit qurumları və aparılan ətraf mühit auditləri barədə təqdimatla çıxış edib, təcrübələrini bölüşüblər. Azərbaycan Respublikası Hesablama Palatası barədə təqdimat iştirakçılara təqdim olunub.
Ümumilikdə, 8 günü əhatə edən təlim proqramının sonunda iştirakçılara ECOSAI-nin "Ətraf mühitin auditi" mövzusunda təlim proqramında iştiraklarını təsdiq edən sertifikatlar təqdim edilib.
1news.az