Azərbaycanın Rusiyadakı Səfirliyi Ermənistanın XİN rəhbərini yanlışlıqda ittiham etdi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Rusiyadakı Səfirliyi Ermənistanın XİN rəhbərini yanlışlıqda ittiham etdi

12:52 - 27 / 05 / 2016
Azərbaycanın Rusiyadakı Səfirliyi Ermənistanın XİN rəhbərini yanlışlıqda ittiham etdi

Azərbaycanın Rusiyadakı Səfirliyi Ermənistanın xarci işlər naziri Edvard Nalbandyanın Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğluna ünvanladığı münasibətə aydınlıq gətirib.

“Mayın 26-da bəzi Ermənistan KİV-ində kiçik qeyd yayılıb. Qeyddə bildirilir ki, Nalbandyan ölkəsinin deputatlarının suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun fəaliyyəti barədə fikirlərini bildirməklə yanaşı, bəzi qiymətləndirici mülahizələr səsləndirib. Nalbandyan bəyan edib ki, diplomatik çərçivədən kənar çıxan Bülbüloğlunun fəaliyyətini reklam etmək lazım deyil”, - Azərbaycan səfirliyinin məlumatında qeyd edilir.

Azərbaycan diplomatiyası E.Nalbandyana xatırladır ki, səfirlərin fəaliyyəti təmsil etdikləri ölkənin rəhbəri və qəbul edən ölkə tərəfindən qiymətləndirilir, üçüncü şəxslər tərəfindən deyil.

“Erməni nazir yaxşı olardı ki, öz tabeçiliyində olan əməkdaşlarına fikrini cəmləşdirsin. Hərçənd ki, Azərbaycana qarşı aqressiya nümayiş etdirən ölkənin xarici işlər naziri olaraq Polad Bülbüloğlunun fəaliyyətinə bu cür şərh verməsi faktı özü-özlüyündə Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir”, - məlumatda qeyd olunur.

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər