Elmar Məmmədyarov Brüsselə səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Brüsselə səfər edib

13:48 - 30 / 05 / 2016
Elmar Məmmədyarov Brüsselə səfər edib

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.

1news.az-ın məlumatına görə, E.Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun mayın 31-də Brüsseldə ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

1news.az

 

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər