Dolların bahalaşması fonunda neft ucuzlaşmaqda davam edir
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
1news.az-ın məlumatına görə, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellenin dolların bahalaşdığını bəyan etməsində sonra neftin qiyməti bir az da aşağı düşüb.
Belə ki, “Brent” markalı neftin qiyməti 0,56 faiz azalaraq bir barrelə görə 49,67 dollar, WTI markalı neftin qiyməti isə 0,41 faiz azalaraq 49,13 dollar təşkil edib.
1news.az
795