Ərdoğan: Bundestaqda 1915-ci il hadisələrinin tanınması Türkiyə-Almaniya münasibətlərinə mənfi təsir edə bilər
Alman Parlamentində 1915-ci il Osmanlı İmperiyası tərəfindən ermənilərin soyqırımının tanınaması məsələsi Türkiyə ilə Almaniya arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.
1news.az-ın TRT Haber-ə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoöan bəyan edib.
Bundestaq iyunun 2-də 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyası ərazisində “soyqırım” termininin tanınmasına baxmaq niyyətindədir. Bu məsələ ilə əlaqədar Türkiyənin baş naziri Binəli Yıldırım Ankaranın narahatlığını yaxın günlərdə kansler Angela Merkellə görüş zamanı da bildirib.
“Mən Merkel xanımla telefon danışığı apardım. O, gücü daxilində olan hərş şeyi edəcəyini bildirdi. Məgər 1915-ci il soyqırımı ilə bağlı problem varmı? Xeyr, biz bu mövzu ilə bağlı rahatıq. Almaniya ilə münasibətlərimiz yüksək səviyyədədir. Orada 3 milyondan çox türk yaşayır. Əgər biz bu oyuna getsək, o zaman münasibətlərimiz zərər görər. Düşünürəm ki, hələ təsdiq edilməmiş qərarı qiymətləndirmək düzgün olmaz. Qərar qəbul edilən zaman onuq qiymətləndirərik. Lakin o qərarın beynəlxalq hüquqla əlaqəsi yoxdur”, - çərşənbə axşamı keçirilən mətbuat konfransı zamanı Ərdoğan bildirib.
1news.az