Unibank-ın korporativ müştərisi Çin bazarına hazır məhsul ixrac edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-ın korporativ müştərisi Çin bazarına hazır məhsul ixrac edəcək

12:45 - 31 / 05 / 2016
Unibank-ın korporativ müştərisi Çin bazarına hazır məhsul ixrac edəcək

Azərbaycan müəssisəsi dünyada analoqu olmayan avadanlığın Çinə ixracına başlayacaq.

Maşınqayırma Texnologiyası İnstitutu tərəfindən hazırlanan texnoloji avadanlıq, xaricdə böyük maraq doğurub. Layihəyə Unibank dəstək verib. Adətən ölkədaxili tələbatı ödəyən institut, ilk dəfə olaraq xaricə hazır məhsul ixrac edir.

“Maşınqayırma Texnologiyası İnstitutu” ASC-nin sədri Elman Əliyev bu avadanlığın fərqliliyi və dünya bazarına çıxış potensialından danışıb:

- Elman müəllim, bir Azərbaycan müəssisəsi üçün dünyanın ən qabaqcıl avadanlıq istehsalçısı olan Çinə texnoloji avadanlıq ixrac etmək böyük nailiyyətdir. Çin şirkətlərinin diqqətini necə çəkə bildiniz?

- Qeyd edim ki,  “Maşınqayırma Texnologiyası İnstitutu” ASC 1961-ci ildən fəaliyyət göstərir. Neft-mədən avadanlıqları, maşın və mexanizmlərin, ehtiyat hissələrinin hazırlanması, qeyri-standart avadanlıqların layihələndirilməsi və istehsalı, neft maşınqayırma zavodlarında mütərəqqi texnoloji proseslərin tətbiqi üzrə və onların texniki səviyyəsinin yüksəldilməsi ilə əlaqədar elmi-tədqiqat və layihə-texnologiya işlərinin aparılması üzrə ixtisaslaşıb. Hazırda yerli sifarişləri həyata keçiririk. Çinə avadanlıq ixracı müəssisənin fəaliyyətində bir ilkdir. Biz 2012-ci ildə Çin Xalq Respublikasının “Shan Dong Nine–Ring Petroleum Machinery Co. Lid” şirkəti ilə dərinlik nasoslarının tablanması üçün cihazın layihələndirilib istehsal olunmasına dair müqavilə imzaladıq. Bu müqavilənin dəyəri 2,5 milyon ABŞ dollarını keçir. Çin şirkəti avadanlığın hazırlanmasında bizə kömək etsə də, son mərhələdə maliyyə dəstəyini dayandırdı. Bu zaman biz müəssisə olaraq çox çətin vəziyyətə düşdük. Avadanlığın hazırlanması dayana bilərdi. Çünki layihə çox böyük vəsait tələb edirdi və təbii ki institut olaraq biz bu vəsaiti qarşılamağımız qeyri-mümkün idi. Bu zaman Unibank bizim köməyimizə çatdı. Banka kreditlə bağlı müraciətim qısa müddətdə müsbət cavablandırıldı və Unibank-dan aldığımız kredit hesabına biz bu çətin vəziyyətdən çıxdıq. Məhz vaxtında verilmiş kredit, bankın dəstəyi sayəsində biz məhsulumuzu hazır vəziyyətə gətirdik və sifarişçi şirkətə təqdim etdik.

- Unibankla çoxdan əməkdaşlıq edirsiz?

- Mən uzun illərdir ki, Unibank-ın məhsul və xidmətlərindən istifadə edirəm. Həm dəfələrlə kredit götürmüşəm, həm də hesablarımız da bu bankdadır. Hətta ailəmizdən başqa bankda çalışan olsa da, mən Unibank-ı ora dəyişməmişəm. Çünki bu uzun illərdə son dərəcə yüksək xidmət görmüşəm. Unibank müştəriyə böyük dəyər verir. Kredit lazım olanda müştərisini darda qoymur, kredit ayırır. Filialda müştərini çox yüksəs səviyyədə qarşılayırlar, əhatəli şəkildə məlumat verirlər. Bir müştəri üçün bank seçmindən daha nə lazımdır ki? Unibank-la əməkdaşlığı gələcəkdə də davam etdirmək fikrim var.

- Bildirdiyiniz kimi, bu avadanlığın hazırlanması böyük maliyyə vəsaiti tələb edir. Belə böyük büdcəyə başa gələn məhsulun üstünlükləri nədir?

- Əvvala deyim ki, texnoloji imkanlarına görə bizim avadanlığın bazarda bənzəri yoxdur. Biz bu avadanlıqala bağlı patent almaq üçün aidiyyatı quruma müraciət etmişik. Bazarda mövcud olan texnologiyadan fəqrli olaraq, bizim məhsul çoxprofillidir. Digər üstünlüyü isə ucuz metaldan hazırlansa da, çox keyfiyyətli olmasıdır. Biz Çində onların oxşar avadanlıqları ilə tanış olduq. Bu avadanlıqlar çox primitivdir və çoxsaylı işçi qüvvəsi tələb edir. Amma bizim hazırladığımız məhsul sadəcə nəzarət etməklə, avtomatik işləyir. Bu üstünlükləri nəzərə alaraq deyə bilərəm ki, bizim məhsulun dünyada analoqu yoxdur.

- Gələcəkdə Çindən başqa xarici ölkələrə də bu avadanlığı ixrac etmək planınınız varmı?

- Bəli, belə arzularımız, planlarımız var. İmkan olduqca xarici səfərlərdə bu avadanlığın təqdimatını etmək, gələcəkdə istehsal və ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bu planlarımızda da Unibank-a güvənirik. İnanıram ki, Unibank indiyə qədər olduğu kimi bundan sonra da milli istehsalımızın inkişafında, Azərbaycan müəssisələrinin, şirkətlərinin ixrac potensialının genişlənməsində hər zaman dəstək göstərəcək, real iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Paylaş:
604

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər