IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir

13:13 - 01 / 06 / 2016
IBM şirkəti Bakı Ali Neft Məktəbi ilə əlaqələrini genişləndirir

IBM şirkətinin vitse-prezidenti Rac Rayçura Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.

1news.az-a BANM ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rektor Elmar Qasımov BANM-in məqsəd və hədəfləri, eləcə də enerji, avtomatlaşdırma və İKT sahəsində fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlərlə sıx əməkdaşlığı haqqında danışıb.

Ali Məktəbin yaradılmasında əsas məqsədin yerli və beynəlxalq əmək bazarında yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş, ingilis dilli və geniş dünyagörüşlü mütəxəssislərə olan ehtiyacın ödənilməsi üçün mühəndis kadrların hazırlanması olduğunu qeyd edən rektor IBM şirkəti ilə daha geniş səviyyədə əməkdaşlıq üçün BANM-də hərtərəfli imkanların mövcud olduğunu deyib.  

Rac Rayçura ölkənin ən istedadlı tələbələrinin oxuduğu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib, bu sahədə böyük perspektivin olduğunu deyib. O, xüsusilə IBM-in BANM-in yeni kampusunda yaradılacaq laboratoriyalarda kadr hazırlığı prosesinə ən müasir texnika və texnologiyalarının dəstəyi ilə mühüm töhfə verə biləcəyini vurğulayıb.

Qeyd edək ki, BANM-lə IBM arasında sıx əlaqələr mövcuddur və hazırda neft-qaz, avtomatika və İKT üzrə proqram təminatlarının yaradılması və istifadəsinə dair birgə fəaliyyətlərlə bağlı tədbirlər həyata keçirilir.

1news.az

Paylaş:
617

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər