Aygün Kazımova qeyri-adi obrazda – FOTO – VİDEO
Yaxın günlərdə Xalq artisti Aygün Kazımova yeni “Orasına-burasına” kompozisiyasını təqdim edəcək. Mahnının müəllifi Ceyhun Əliyevdir.
Yeni trek üçün A.Kazımova xüsusi olaraq qeyri-adi futuristik obrazda fotosessiyaya çəkilib. Fotosessiyanın müəllifi Kamran Aydınovdur ki, ulduz müğənni bir sıra çəkilişlərdə onunla əməkdaşlıq edib.
Çəkilişin əsas stilisti Ruxadır ki, onunla müğənninin xüsusi foto, video layihələr və obrazları yer alıb. Müğənninin saç düzümünü Umud Qasımov hazırlayıb. Aksesuarların müəllifi isə Dmitriy Turcandır.
Aygün Kazımovanın fotosessiya üçün etdirdiyi tatularının müəllifi Əhməd Məmmədzadə, videoqrafika Nicat Fərəcova aiddir.
Fotolarda Aygün Kazımova xüsusi olaraq “Leyli Couture” Moda evində hazırlanmış geyimdə çəkilib.
Qeyd edək ki, Yaşar Baxış (miks-masterinq) və Rəşad Hüseyovun (aranjimanı) birgə işi olan “Orasına-burasına” treki yaxın günlərdə təqdim ediləcək.
1news.az