Kaliforniya polisi atışma zamanı 2 nəfərin həlak olmasını təsdiq edib
Polis əməkdaşları Los Ancelesdə Kaliforniya universiteti ərazisində atışma zamanı iki nəfərin həlak olmasını təsdiq edib, bu haqda “Fox news” xəbər yayır.
Şahidlərin sözlərinə görə, həlak olanların cəsədləri yanında vida məktubu da olub.
Polislər atışma ilə bağlı araşdırmalar aparır.
Daha əvvəl xəbər verilmişdi ki, Kaliforniya universitetində araşdırma aparılması üçün xüsusi təyinatlılar da cəlb edilib.
Gazeta.ru
749