Pakistanda fırtına baş verib: 34 nəfər həlak olub, 191 nəfər isə yaralanıb
Pakistanın şimalında güclü fırtına nəticəsində həlak olanların sayı 34-ə çatıb, 191 nəfər yaralanıb.
1news.az-ın Pakistan KİV-nə istinadla verdiyi xəbərə görə, saatda 120 kilometr sürətlə müşayiət olunan külək, güclü yağış və dolu ilə müşayiət olunan fırtına nəticəsində İslamabadda 11 nəfər həlak olub, 69 nəfər yaralanıb. Ravalpindi şəhərində isə həlak olanların sayı 19-a çatıb, 122 nəfər xəsarət alıb.
Xayber-Paxtunxva əyaləti və qəbilələr ərazisində 4 nəfər həlak olub, bir uşaq itkin düşüb. İnsanların çoxu dağılan köhnə tikililərin, ağac və elektrik dirəklərinin aşması nəticəsində həyatını itirib.
1news.az
721