Xalq Bankdan pulsuz danışıq dəqiqələrindən faydalanın!
Xalq Bankı müştərilərinə yeni imtiyazlar və xüsusi təkliflər yaratmaqda davam edir.
İyunun 1-dən sentyabrın 1-dək “Makromart” supermarketlər şəbəkəsində Xalq Bank kartları ilə alış-veriş edən müştərilərə Bakcell mobil operatorunun danışıq dəqiqələri hədiyyə ediləcək. Bu tarixlərdə Xalq Bankın plastik kartları ilə 20 manat və daha çox məbləğdə nağdsız ödəniş edən kart sahibləri 5 dəqiqə pulsuz danışıq qazanacaqlar. Alış-verişin məbləğindən asılı olmayaraq hər 20 manat 5 dəqiqəyə bərabərdir. Daha çox nağdsız ödəniş, daha çox danışıq dəqiqələri qazanmaq imkanı verir.
Xatırladaq ki, “Makromart” supermarketlər şəbəkəsində Xalq Bank kartları ilə 20 manat və daha çox məbləğdə nağdsız ödəniş edən müştərilər həm də “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın iştirakçısına çevrilirlər. Lotereya çərçivəsində 2016-cı il boyunca hər ay Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik 3 istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) oynanılır.
Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.