“Beynəlxalq Bank işi”nə görə həbsdə olan 10-dan çox iş adamı azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Beynəlxalq Bank işi”nə görə həbsdə olan 10-dan çox iş adamı azadlığa buraxılıb

20:38 - 02 / 06 / 2016
“Beynəlxalq Bank işi”nə görə həbsdə olan 10-dan çox iş adamı azadlığa buraxılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş daha bir neçə iş adamı azadlığa buraxılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən “Bakı Fındıq Emalı Zavodu”MMC-nin rəhbəri Murad Cabbarlı və daha bir neçə nəfərin barəsində seçilmiş həbs qətimkan tədbiri Nərimanov rayon Məhkəməsinin qərarı ilə ləğv edilib və onlar azadlığa buraxılıb. Bununla da, bu işlə bağlı azadlığa buraxılanların sayı 10-u keçib.

Qeyd edək ki, M. Cabbarlı “Beynəlxalq Bank işi” ilə bağlı dələduzluqda təqsirləndirilərək həbs olunmuş, barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdi.

M. Cabbarlı əvvəllər Şəkinin icra başçısı vəzifəsində çalışıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin, iş adamları Elxan Cavad və Cavid Muxtarovun  barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.

1news.az

 

Paylaş:
590

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər