ANAMA: Cəbhəboyu rayonlarda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Cəbhəboyu rayonlarda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO

00:04 - 02 / 06 / 2016
ANAMA: Cəbhəboyu rayonlarda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO

Azərbaycanın cəbhəboyu rayonlarında 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

1news.az- Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, Tərtər rayonu Şıxarx kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılmışdır.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.

Qarağacı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar olunmamış, nəticə etibarı ilə 4 000 kv. m ərazi yoxlanılmışdır.

Ağdam rayonu Qaradağlı kəndi - 3 ev və həyətyanı sahə və 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 4 500 kv. m ərazi yoxlanılmışdır.

Ballar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.

Füzuli rayonu Horadiz şəhəri - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 partlamamış BM-21 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilmiş, nəticə etibarı ilə 2 389 kv. m ərazi yoxlanılmışdır.

01 iyun tarixində 7 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd Qrad raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 43 889 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 01 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 555 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 483 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
465

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər