Milli Məclisin deputatı Yunanıstanda qaçqın və miqrant düşərgələrində olub - FOTO
Avropa Şurası Parlament Assambleyası Bürosunun ad-hoc Komitəsinin üzvləri Yunanıstanda qaçqın düşərgələrinə baş çəkiblər.
Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova AŞPA–nın sədri Pedro Aqramuntun rəhbərlik etdiyi və qurumun siyasi partiyalarının sədrlərindən ibarət nümayəndə heyətinin tərkibində olub.
Səfər çərçivəsində komitə sədri qaçqın, miqrant və məcburi köçkünlərlə görüşüb, onların problemləri, eləcə də qadınların vəziyyəti ilə maraqlanıb.
Sonra S.Qafarova Yunanıstan parlamentində və aidiyyəti nazirliklərdə keçirilən görüşlərdə sadalanan sahələr üzrə aparılan fikir mübadilələrində iştirak edib.
Səfərin məqsədi Yunanıstanda qaçqın, miqrant və sığınacaq axtaran insanların vəziyyətinin qiymətləndirilməsi və ölkənin bu sahədə üzləşdiyi problemlərin öyrənilməsi olub.
1news.az