XİN: Ermənistan işğal olunmuş ərazilərə səfər edən əcnəbilər barədə məlumatları gizlətmək üçün müxtəlif metodlara əl atır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan işğal olunmuş ərazilərə səfər edən əcnəbilər barədə məlumatları gizlətmək üçün müxtəlif metodlara əl atır

15:57 - 06 / 06 / 2016
XİN: Ermənistan işğal olunmuş ərazilərə səfər edən əcnəbilər barədə məlumatları gizlətmək üçün müxtəlif metodlara əl atır

“Erməni separatçıların Dağlıq Qarabağa səfər edən əcnəbi vətəndaşların pasportlarına möhür vurmaması metodunun tətbiq olunması əslində yenilik deyil”.

Bunu 1news.az-a Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısının tətbiq olunmasından sonra Ermənistan tərəfi işğal altındakı ərazilərə gedən əcnəbilər barədə məlumatları gizlətmək üçün müxtəlif metodlara əl atır:

“Əvvəllər qondarma rejim tərəfindən saxta vizaların verilməsi mexanizmi tətbiq olunurdu. Bir müddət sonra aradan qaldırıldı. Sonra işğal olunmuş ərazilərə səfər edən əcnəbilərin pasportlarına möhür vurulmağa başlandı. Bu da daha sonra aradan qaldırıldı. İndi isə işğal olunmuş ərazilərə səfər edən əcnəbilərə kiçik bir kağız parçası verilir. Hər vəchlə çalışırlar ki, həmin əcnəbilər barədə məlumatlar gizlədilsin”.

H. Hacıyev qeyd edib ki, ümumiyyətlə, “arzuolunmaz şəxslər” siyahısının tətbiq olunmasından sonrakı tendensiya onu göstərir ki, işğal altındakı ərazilərə səfər edən əcnəbilərin sayı azalıb: “Burada maarifləndirmə mexanizmi də xüsusi qeyd olunmalıdır. Diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərdikləri ölkələrdə ictimai dairələri və KİV-i məlumatlandırır. Hətta əksər ölkələrin Xarici İşlər nazirlikləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərdən çəkinmək barədə öz vətəndaşlarına müraciət edirlər".

XİN-in mətbuat katibi onu da əlavə edib ki, qoşunların təmas xəttində 2 aprel tarixində yaranmış gərginlikdən sonra Avropadakı erməni lobbi təşkilatları və Ermənistan tərəfindən xarici KİV nümayəndələrinin müxtəlif adlarla işğal altındakı ərazilərə səfərlərinin təşkil edilməsi kimi cəhdlər özünü göstərir:

“Burada əsas məqsəd məhz 2 aprel tarixində baş vermiş gərginliyə görə Ermənistanın məsuliyyətini gizlətmək və beynəlxalq ictimai çaşqınlıq yaratmaqdan ibarətdir. Amma burada bir pozitiv dinamikanı qeyd edə bilərik ki, bir sıra beynəlxalq kütləvi informasiya vasitələri Azərbaycan XİN tərəfindən xarici KİV nümayəndələrinə ölkə ərazisində qanuni jurnalist fəaliyyəti ilə məşğul olmağa icazə verən sənəd əsasında işğal olunmuş ərazilərimizə səfər barədə müraciət ediblər. Bu xüsusda Polşanın İctimai Televiziyasını və Ukraynanın ICTV televiziyasının çəkiliş qrupunu qeyd edə bilərik.

Bundan başqa, “Aljazeera Arabic” və digər beynəlxalq media nümayəndəliklərinin müraciəti olub. İşğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərmək istəyən xarici KİV nümayəndələri ilk növbədə akkreditasiya üçün müraciət etməlidirlər”.

1news.az

Paylaş:
883

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər