Əlilliyi olan şəxslərdən daha 25 nəfər Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlilliyi olan şəxslərdən daha 25 nəfər Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib - FOTO

17:20 - 06 / 06 / 2016
Əlilliyi olan şəxslərdən daha 25 nəfər Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib - FOTO

Ölkəmizdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə görülən işlər sırasında onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili mühüm yer tutur. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan şəxslərdən daha 25 nəfəri Türkiyə Respublikasının Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına və bərpa-müalicələrinin təşkilinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əlilliyi olan şəxslərin rahat şəkildə qeyd olunan mərkəzə çatdırılması və 5 ulduzlu oteldə yerləşdirilməsi, bərpa-müalicə və digər müvafiq xidmətlərlə təmin edilmələri üçün lazımi təşkilati işlər görülüb. Bu işlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunub: “Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşayiəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Cari ildə isə artıq 50 nəfər əlilliyi olan şəxs həmin mərkəzə göndərilib. Müalicə müəssisəsində peşəkar həkim-reabilitoloqların nəzarəti altında və təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli bərpa-müalicə kursu tətbiq olunur”.

S.Abdullayev qeyd edib ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi ilə bağlı ölkə daxilində də məqsədyönlü işlər aparılır. Nazirliyin 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti göstərilir. Şöbə müdiri ölkədə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımların atıldığını diqqətə çatdırıb.

1news.az

 

Paylaş:
420

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər