6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

17:50 - 06 / 06 / 2016
6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. 

1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 8-də saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, iyunun 9-da saat 9.00-dan 13.00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək  Göyçay rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonlardakı  əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər. 

İyunun 10-da isə saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.

Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əvvəlcədən qeydiyyatı aparılmış, habelə qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən müvafiq şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.

1news.az

 

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər