Dünya bazarında neftin qiyməti artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarında neftin qiyməti artıb

09:30 - 06 / 06 / 2016
Dünya bazarında neftin qiyməti artıb

London və Nyu-York birjalarında aparılan hərracların nəticələrindən görmək olur ki, neftin qiyməti tədricən yüksəlməkdədir.

1news.az gazeta.ru-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,99% artaraq 49,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 0,53% artaraq 50,03 dollar olub.

1news.az

 

Paylaş:
407

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər