Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı düşəcək

13:48 - 07 / 06 / 2016
Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 3-5 dərəcə aşağı düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəscək, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz  23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 8-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13,  gündüz 13-17 dərəcə isti olacaq.

Meteoroloqların xəbərdarlığına görə, iyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

1news.az

 

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər