İrandan Azərbaycana yarım kiloqramdan artıq qızıl-zinət əşyaları keçirmək istəyən şəxs saxlanılıb
İrandan Azərbaycana yarım kiloqramdan artıq qızıl-zinət əşyaları keçirmək istəyən şəxs gömrükçülər tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.
Sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562.13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az