Tərtər və Ağcabədidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtər və Ağcabədidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib – FOTO

17:51 - 08 / 06 / 2016
Tərtər və Ağcabədidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər və Ağcabədi rayonlarının hər birində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

1news.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində nazirliyin, müvafiq rayonların İcra Hakimiyyətlərinin rəsmiləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirlərdə müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işlərinin uğurla davam etdirildiyi, respublikamızın bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.

Cari ilin ötən dövründə Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Biləsuvar,  Sabirabad, İmişli, Füzuli, Oğuz, Şəki, Beyləqan və digər rayonlarda fərdi yaşayış evləri, Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanlara təqdim edilib. Ümumilikdə cari ildə artıq 180 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.

Cəbhəyanı rayonlarda da müvafiq şəxslər üçün mənzil tikintisi uğurla həyata keçirilir. Bu işlərin davamı kimi, ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, Ağcabədi rayonunda 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə bu rayonların hər birində daha 4 ədəd fərdi yaşayış evi həmin insanlara təqdim olunur.

İstifadəyə verilən 8 ədəd fərdi yaşayış evindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 6 ədədi isə şəhid ailələrinə təqdim olunub.

1news.az

 

Paylaş:
513

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər