Toyota Bakı Mərkəzi Qafqaz regionu üzrə “İçiban” mükafatının qalibi oldu
Toyota avtomobil konserninin Avropa nümayəndəliyi olan “Toyota Motor Europe” bu ilin may ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən tədbirlə “İçiban” mükafatlarını öz sahiblərinə təqdim etdi.
Toyota-nın “ilk növbədə müştəri” prinsipi bu mükafatlandırmada da əsas ölçü olaraq götürülmüş və bu prinsiplə 34 Avropa bazarı üzrə önə çıxan 46 satış nöqtəsi nümayəndəliyi nümunəvi xidmətlərinə görə mükafatlandırılıb. Toyota Bakı Mərkəzi Qafqaz regionu üzrə “İçiban” mükafatının qalibi seçilib.
Sayca onuncu olan “İçiban” mükafatlandırmasında dəyişiklik edilərək “müştəri məmnuniyyəti” prinsipindən “müştəri tövsiyəsi” prinsipinə keçilib. Yeni fəlsəfənin əsasında hər bir müştəriyə fərdi yanaşma və onun istək və tövsiyələrinin maksimal dərəcədə nəzərə alınması durur.
Tədbirdə çıxış edən “Toyota Motor Europe” şirkətinin rəhbəri Dr. Yohan van Zil bunları qeyd etdi:
“Bizim məqsədimiz sadəcə insanların qəlbində və ağlında Nömrə 1 olmaq deyil. Biz həm də istəyirik ki, müştərilərimiz satış nöqtələrində çalışan hər bir insanın qəlbində və ağlında Nömrə 1 olsun. Toyota mərkəzlərində çalışanlar satış statistikasının artırılması üçün deyil, hər bir müştəri ilə birə-bir münasibətlərin qurulması üçün işləyirlər.”
Xatırladaq ki, 2006-cı ildən rəsmi diler kimi fəaliyyət göstərən Toyota Bakı Mərkəzi keçən il də Qafqaz regionu üzrə eyni adlı mükafatın sahibi olub.