Bakıda bəzi marşrut xətləri ləğv olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bəzi marşrut xətləri ləğv olunub

11:40 - 09 / 06 / 2016
Bakıda bəzi marşrut xətləri ləğv olunub

Bakıda 16, 18 və 96 saylı marşrut xətləri ləğv olunub.

1news.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, iyunun 8-də aparılan optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Görüş zamanı qanunvericilikdən irəli gələn və Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.

N.Allahyarovanın sözlərinə görə, təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə iyunun 9-da 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğu üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən xətdən çıxarılıb.

“Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək. Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək”- deyə, N.Allahyarova qeyd edib.

1news.az

 

Paylaş:
728

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər