Zaqatalada ağır qəza: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada ağır qəza: ölən və yaralananlar var

13:58 - 10 / 06 / 2016
Zaqatalada ağır qəza: ölən və yaralananlar var

Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 16:00 radələrində Zaqatala şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini İntiqam Bəkirovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini Mais Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Bəkirovun sərnişinlərindən Pərixan Hacıyeva hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər