AVRO-2016 başlayır – FOTO | 1news.az | Xəbərlər
Futbol

AVRO-2016 başlayır – FOTO

14:13 - 10 / 06 / 2016
AVRO-2016 başlayır – FOTO

Bu gün AVRO-2016-nın final mərhələsi start götürəcək.

1news.az-ın məlumatına görə, açılış günündə meydan sahibi Fransa yığması Rumıniya ilə qarşılaşacaq.

“Stad de France” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Viktor Kaşşainin başçılıq edəcəyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Avropanın ən güclüsünün adına da bu stadionda aydınlıq gələcək. Belə ki, turnirin final oyunu düz bir ay sonra iyulun 10-da məhz bu məkanda baş tutacaq.

Qeyd edək ki, AVRO-2016-nın final mərhələsində 24 komanda iştirak edəcək. Hər qrupun qalibləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.

Avropa çempionatı

Qrup mərhələsi

A qrupu

10 iyun

23:00. Fransa - Rumıniya
Hakimlər: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş
Dördüncü hakim: Byorn Kuypers (hamısı Macarıstan)
Sen-Deni. “Stad de France”

1news.az

 

Paylaş:
1054

Son xəbərlər

Bütün xəbərlər