Rayonlarda yağış yağacaq, Bakıda güclü xəzri küləyi əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Rayonlarda yağış yağacaq, Bakıda güclü xəzri küləyi əsəcək

15:09 - 10 / 06 / 2016
Rayonlarda yağış yağacaq, Bakıda güclü xəzri küləyi əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 11-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 11-16, yüksək dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 12-si gündüzədək Abşeron yarımadasında  meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

1news.az

 

Paylaş:
680

Son xəbərlər

Bütün xəbərlər