SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" gəliri təxminən 2 mlrd. avro təşkil edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" gəliri təxminən 2 mlrd. avro təşkil edəcək

19:03 - 10 / 06 / 2016
SOCAR-ın sponsorluq etdiyi "Avro-2016" gəliri təxminən 2 mlrd. avro təşkil edəcək

Fransada keçirilən futbol üzrə Avropa çempionatı ("Avro-2016") UEFA tərəfindən keçirilən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

1news.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

 Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

 Qeyd edək ki, çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər